IQNA

Avropa ölkələrinin V Quran yarışlarının final mərhələsi keçirildi

15:30 - September 10, 2017
Xəbər sayı: 3482132
Bu gün, bazar günü, İsveçin Stokholm şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"ndə Avropa ölkələrinin beşinci Quran yarışlarının final mərhələsi keçirildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün, bazar günü, 10 Sentyabr 2017-ci il, İsveçin Stokholm şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"ndə Avropa ölkələrinin beşinci Quran yarışlarının final mərhələsi keçirildi.

İsveçin Stokholm şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"nin rəisi Höccətul-İslam vəl-müslimin Möhsün Həkim İlahi İQNA ilə müsahibəsində bu barədə dedi: Yarışlar yerli vaxtla saat 8:30-dan 13:00-dək davam edib. Final mərhələsi 16 yaşdan aşağı və 16 yaşdan yuxarı olmaqla iki yaş qrupunda keçirildi. Dörd ixtisas üzrə (qiraət, hifz, azan və təfsir) keçirilən Quran yarışlarında 82 nəfər yarışçı iştirak edib. Bunlar 23 nəfər qiraət, 19 nəfər azan, 15 nəfər Quranın hifzi (5 cüz, 20 cüz, kamil hifz və 30-cu cüz) və 25 nəfər Quranın təfsiri üzrə yarışıblar.

Yarışların yekun mərasimi, qaliblərin elanı və mükafatlandırılması və Qədir-Xum bayramı şənliyi bu gün, günün ikinci yarısında, İsveçin Stokholm şəhərinin "İmam Əli (ə) İslam Mərkəzi"nin toplantı zalında, yerli vaxtla saat 18:00-dan 19:00-dək keçiriləcəkdir.

http://www.iqna.ir/fa/news/3639954




















Teqlər: iqna ، quran yarışları ، stokholm ، hafiz ، qari
captcha