IQNA

Ruhingiyalı müsəlmanların əzabını görüntüləyən yeni fotolar yayıldı

15:53 - September 10, 2017
Xəbər sayı: 3482133
Ruhingiyalı müsəlman köçkünlərin davamlı axını və Banqladeş qaçqın düşərgələrinin tutumsuzluğu onsuz da min bir əzaba düçar olmuş myanmarlıların əzabını birə min artırıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanmar dövlət qoşunları və buddistlərin vəhşi cinayətlərindən xilas olmaq istəyən ruhingiyalı müsəlman köçkünlərin davamlı axını və Banqladeş qaçqın düşərgələrinin tutumsuzluğu, onsuz da min bir əzaba düçar olmuş myanmarlı müsəlmanların əzabını birə min artırıb.

Özünü vəhşi cəlladların əlindən xilas edərək Banqladeşin qaçqın düşərgələrinə sığınan ruhingiyalı müsəlmanlar indi də həyat üçün zəruri olan avadanlıqlar, yemək-içmək və dərman problemləri yaşayırlar.

BMT-nin Banqladeşin "Kakasbazar" rayonundakı qaçqın sığınacağına ilkin yardımlar aparan humanitar yardımlar karvanının verdiyi xəbərə görə, son iki həftədə bu sığınacaqda böhran vəziyyətində yaşayan 100 min nəfər qaçqının sayına 250 min nəfər də əlavə olub və yaşamaq üçün lazım ola ilkin zəruri şeyləri çatdırmaq olmur.

Humanitar yardım karvanının üzvlərindən biri deyib ki, yeni qaçqınların çoxu həm yaralı və həm də xəstədir. Onların yemək, su və dərmanları yoxdur. Hamısı aclığdan əziyyət çəkirlər. Köməklər isə çox məhduddur. Qaçqınlar saatlarla yardım karvanının önündə sırada dayanır ki, şayəd sonda bir ədədə biskivit ala bildi.

http://www.iqna.ir/fa/news/3640087















Teqlər: iqna ، arakan ، banqladeş ، myanmar ، ruhingiya
captcha