IQNA

Dalayi Lama Ruhingiya böhranı ilə bağlı mövqeyini açıqladı

1:10 - September 12, 2017
Xəbər sayı: 3482140
Tebet buddistlərinin rəhbəri Dalayi Lama ilk dəfə olaraq Ruhingiya müsəlmanlarına edilən zülm ilə bağlı mövqe sərgiləyərək dedi: BUDDA mütləq bu çarəsiz müsəlmanlara kömək edərdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Tebet buddistlərinin rəhbəri Dalayi Lama ilk dəfə olaraq Ruhingiya müsəlmanlarına qarşı törədilən cinayət və onlara edilən zülm ilə bağlı mövqe sərgiləyərək dedi: BUDDA mütləq myanmarlı buddistlərin zorakı rəftarlarına məruz qalaraq yurdalrından didərgin düşmüş bu çarəsiz müsəlmanlara kömək edərdi.

Tebet buddistlərinin rəhbəri Dalayi Lama Myanmarda müsəlmanlara qarşı törədilən cinayətlərin əleyhinə mövqe tutaraq dedi: Müsəlmanları incidənlər Buddanı xatırlasınlar. Mən bu məsələyə görə narahatçılıq hissi keçirirəm.

Dalayi Lama Myanmar dövlətinin başçısı Ang San Su Çidən tələb etdi ki, bu böhranlara son qoymaq üçün sülhamiz həll yolu tapsın.

O dedi: Mən sizdən və Myanmarın digər rəhbərlərindən istəyirəm ki, cəmiyyətin bütün təbəqələrinə qayğı və diqqət göstərsinlər və çalışsınlar ki, bütün ölkədə sabitliyi qorusunlar.

Qeyd edək ki, Myanmarda son ayda baş verən qarşıdurmalar nəticəsində 1000 nəfərdən çox insan həyatını itirmiş və 300 min nəfər yurdundan qaçqın düşərək Banqladeşə sığınmışdır.

http://www.iqna.ir/fa/news/3640611


Teqlər: iqna ، dalayi lama ، myanmar
captcha