IQNA

İSESCO-nun baş direktoru:

İslami ölkələrin tədqiqat büdcəsi bir faizi keçmir

0:28 - September 14, 2017
Xəbər sayı: 3482157
İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatının baş direktoru Əbdül-Əziz ibn Osman Tüvəyciri vurğuladı: İƏT-ə üzv olan İslam ölkələrinin çoxunda elmi tədqiqatlara ayrılmış büdcə bir faizi keçmir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdül-Əziz ibn Osman Tüvəyciri Qazaxıstanın paytaxtı Astanada keçirilən "İslami Ölkələrin Elm və Texnologiyası" devizi ilə keçirilən ilk iclasında vurğuladı:

Elm, texnologiya və yeni kəşflər üçün ayrılan büdcə inkişaf etmiş cəmiyyətlərin iqtisadiyyatının təməl daşıdır və bu məsələyə xüsusi diqqət ayırmaq İƏT-ə üzv ölkələrin hərtərəfli inkişafına kömək edəcəkdir.

O əlavə etdi: İƏT-ə (İslami Əməkdaşlıq Təşkilatı) üzv olan İslam ölkələrinin çoxunda elmi tədqiqatlara ayrılmış büdcə bir faizi keçmir. Buna görə də elm və texnologiya ilə baxlı siyasətlərə və dərs proqramlarına yenidən baxılmalı və islahatlar aparılmalıdır.

İslami Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş direktoru Əbdül-Əziz ibn Osman Tüvəyciri İƏT-ə üzv olan ölkələrdəki problemlərdən danışaraq bu problemlərdən birinin də elm və texnologiya baxımından dərin biliyə sahib olmadan çoxalan məzunlar olduğunu vurğulayaraq dedi: İlk növbədə təhsil sistemində müasir dünya ilə ayaqlaşmalı, insan resurslarından faydalanmağa diqqət edilməlidir. Çünki bu məsələ dünya ilə ictimai və iqtisadi baxımdan ayaqlaşmaq üçün xüsusi önəm daşıyır.

O, sonda vurğuladı ki, İslami ölkələrin elm və texnologiya sahəsində hərtəfəli inkişafı üçün İƏT üzvlərinin milli və beynəlxalq siyasətlərdə həmkarlıq və həmrəylik etməsi bir zərurətdir.

http://www.iqna.ir/fa/news/3641442


Teqlər: iqna ، iət ، isesco ، astana
captcha