IQNA

Almaniyada Myanma müsəlmanlarına edilən zülmlərə etiraz edildi

14:15 - September 16, 2017
Xəbər sayı: 3482167
Verilən son məlumatlara əsasən, Almaniyanın paytaxtı Berlində Myanmada Arakanlı müsəlmanlara qarşı edilən zülmlər və hücumlar pislənilib.

Almaniyada Myanma müsəlmanlarına edilən zülmlərə etiraz edildiİQNA (Beynəlxalq Quran Xəbər Agenntliyi) Maide.Az-a istinadən xəbər verir ki, Berlinli müsəlmanların təşəbbüsü və iştirakı ilə təşkil olunan etiraz yürüşü Alexanderplatz meydanında başlayıb və Pariser meydanına kimi davam edib.

Etirazçılar Myanma hökumətinin müsəlmanlara qarşı zülmlərini pisləyib və hücumları dayandırmağı tələb ediblər. "Myanmadakı məzlum müsəlmanlara qarşı qətliamı durdurun” yazılı pankart açan etirazçılar "Qadınlar yaşamaq istəyir”, "qətliamı durdurun”, "Rohingiyalılar yaşamaq istəyir” kimi şüarlar səsləndiriblər.

Etirazçıların əlllərində zülmə məruz qalmış Arakanlı müsəlmanların fotoları və "ölümləri durdurun” şüarı yazılmış plakart daşıyıb.

Etiraz yürüşü Brandenburg qapısı önündə Pariser meydanında dua oxunuşu ilə başa çatıb.

Teqlər: almaniya ، iqna ، quran ، müsəlman ، arakan ، myanma
captcha