"Assambleyada strateji araşdırmaların
idarə olunması üzrə departament yaradlıb. Şiə, sünni, hətta xristian ziyalıları
dəvət etməklə həzrət Əli Əsğər (ə) haqqında maarifləndirmə işlərini daha da
inkişaf etdirməyə çalışırıq. Elə bu məqsədlə Hüseyn (ə) ərbəinindən sonra Əli
Əsğər (ə) Ümumdünya Assambleyası alimləri və üzvlərindən ibarət heyət Vatikana
yola düşəcək”.
O deyib ki, konfransın nəzirnaməsi azərbaycan, rus, ərəb, ingilis, türk və s. dillərə tərcümə olunub. Südəmərlər Konfransı İranda 4000, İraqda 300, Rusiyada 35, Ərəbistanda 15 və ABŞ-da 25 toplantı ilə keçiriləcək.
D.Mənafipur Həzrət Əli Əsğər (ə) Ümumdünya Assambleyasının doktrinasını təqdim edib və deyib: Bu doktrinada bildirilir ki, Kərbəla şiənin həyatı, Həzrət Əli Əsğər (ə) isə Kərbəlanın həyatıdır. Bu doktrina üç gün öncə İslam İnqilabının Böyük Rəhbərinin ofisinə təhvil verilib.
Qeyd edək ki, hər il Məhərrəm ayının ilk cümə günü İranda və bütün dünyada "İmam Hüseynin (ə) südəmər körpələri” adlı konfransı keçirilir. Bu konfransın iştirakçıları südəmər körpələr və onların analarıdır.