İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Seyid Həsən Nəsrullah bazar günü Beyrutun cənub ətrafında Seyidüş-Şühəda kompleksində məhərrəmliyin üçüncü gecəsi ilə əlaqədar mərasimin iştirakçıları üçün video-konfrans vasitəsi ilə etdiyi çıxışında ABŞ prezidenti Donald Trampın İŞİD terror qruplaşmasının ABŞ-ın yaratdığını etiraf etdiyinə toxunub və deyib: Suriya, İraq və İran xalqları terrorizmlə mübarizə yolunda öz övladlarını itirməsəydilər, hazırda hamı bu nəhs fenomenin qurbanı olmuşdu.
Lİvan Hizbullahının baş katibi həmçinin bildirib: İsrail düşmən qarşısında müqavimət olmasaydı, bu rejim hazırda Livanda sionist qəsəbələr yaradardı.
Seyid Həsən Nəsrullah bəzi ərəb rəsmilərin BMT Baş Assambleyasının sessiyasındakı çıxışlarını tənqid edib və deyib: Bu rəsmilər bəşəriyyət üçün hədə olan sionist rejimin atom silahlarına toxunmadılar.