IQNA

Ruhinca müsəlmanları qaçarkən canlarını itirirlər

12:01 - October 09, 2017
Xəbər sayı: 3482242
Myanmada Ruhinca müsəlmanlarından ibarət bir qrup, onları daşıyan qayığın Banqladeş istiqamətində ikən batması nəticəsində həlak olub.

Ruhinca müsəlmanları qaçarkən canlarını itirirlərPressTv-nin verdiyi məlumata görə, Banqladeşə qaçan Ruhinca müsəlmanlarından ibarət bir qrupun qayığının Naf sərhəd çayında batması 12 nəfərin ölümü bir çox müsəlmanın itkin düşməsi ilə nəticələnib.

Sinxua xəbər agentliyi bildirib ki, bu hadisədə həlak olanlardan 12 nəfərinin cəsədləri müəyyənləşdirilib.

Keçmişdə də dəfələrlə Banqladeşə qaçan Ruhinca müsəlmanlarının qayıqlarının batması və sərnişinlərin boğulması halları baş vermişdi.

Regionda və beynəlxalq səviyyədə Ruhinca müsəlmanlarının qırğın edilməsinə qarşı xəbərdarlıqlara rəğmən xəbər mənbələri müsəlmanların qırğın edilməsinin davam etdirilməsindən xəbər veriblər.

Myanma ordusu və ifratçı buddistlər bu ölkədə Ruhinca müsəlmanlarının qırğınını davam etdirir və bu üzdən müsəlmanların Banqladeşə qaçmaları halları artmaqdadır.

Myanmanın qərbində Raxin vilayətində Ruhinca müsəlmanlarına qarşı geniş miqyaslı repressiyalara Avqustun 25-dən Myanma ordusu tərəfindən start verildi. Bu müddətdə 6 min müsəlman həlak olub, 8 min yaralanıb və 800 min nəfər də Banqladeşə qaçıb.

Raxin vilayəti 2012-ci ildən Myanma ordusu və ifratçı buddistlərin müsəlmanlara qarşı hücumlarının şahididir.

Teqlər: ruhinca ، müsəlman ، iqna ، quran ، myanma
captcha