İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Maide.Az-a istinadla xəbər verir ki, fərqli millətlərə
mənsub ABŞ vətəndaşı olan nümayişçilər, əllərindəki pankartlarla Trumpın tətbiq
etdiyi qadağaların müsəlmanlara qarşı olduğunu pislədi və qərarın ləğvini tələb
etdi.
Trumpın vəzifəyə gəldiyi gündən etibarən fərqli zamanlarda gündəmə gətirdiyi səyahət qadağalarına qarşı şüarlar səsləndirən etirazçılar "Müsəlman qadağası olmasın" və "Müsəlmanlara etiket taxmaqdan imtina edin" yazılı plakatlar daşıdı.
Ağ Ev qarşısından Trumpa aid Trump International Hotelə qədər yürüş edən nümayişçilər daha sonra insidentsiz dağıldı.
ABŞ rəhbərliyinin 24 Sentyabrda aldığı və 8 ölkə vətəndaşlarını təsir edəcək "səyahət məhdudlaşdırması" qərarıyla əlaqədar əvvəl Hawaii Federal hakimi Derrick Watson, sonra da Maryland Federal hakimi Theodore Chuang icra dayandırma qərarı vermişdir.
Trump administrasiyası qərarını məhkəməyə və zəruri hallarda Ali Məhkəməyə göndərməyə qərar verəcəyini elan edib.