IQNA

Filippində İslamı təbliğ edən 2500 məscid fəaliyyət göstərir

0:03 - October 25, 2017
Xəbər sayı: 3482305
Filippinin müftisi deyib ki, bu ölkənin cəmiyyətinin təkcə 10%-inin müsəlman olmasına baxmayaraq, İslam dini 2500 məsciddə təbliğ edilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippinin baş müftisi Şeyx Əbdül-Vəhab Əli Əncu deyib ki, bu ölkənin cəmiyyətinin təkcə 10%-inin müsəlman olmasına baxmayaraq, İslam dini 2500 məsciddə təbliğ edilir.

Şeyx Əbdül-Vəhab Əli Əncu (Filippinin baş müftisi) bu ölkədə yaşayan müsəlman vətəndaşların sayını açıqlayaraq bildirib ki, Filippin cəmiyyətinin 10%-ini müsəlmanlar təşkil edir. Və müsəlmanların çoxu Mindanoi, Palavan və Muru əyalətlərində yaşayırlar.

Filippinin baş müftisi əlavə etdi: Filippinin müsəlmanlar yaşayan regionlarında indiyədək 2500 məscid tikilmişdir. Bu məscidlərin ən qədimi Sulu adasında hicri-qəməri tarixi ilə 9-cu əsrdə tikilmişdir. Məscidlərdən əlavə 120 İslam Mərkəzi və dini xeyriyyə fondları da fəaliyyət göstərirlər.

Şeyx Əbdül-Vəhab Əli Əncu (Filippinin baş müftisi) dedi: İslam dini hicri-qəməri tarixi ilə 6-cı əsrin əvvəllərində müsəlman ərəb tacirlərin vasitəsi ilə Asiyanın şərqi ölkələrinə yayılmışdır.

O əlavə etdi: Tarixi araşdırmalar göstərir ki, Filippinin bəzi adaları vaxtı ilə İslami xilafətin bir hissəsi olmuşdur.

http://www.iqna.ir/fa/news/3656176


Teqlər: iqna ، filippin ، 2500 məscid ، xilafət
captcha