IQNA

Müsəlmanları "facebook"da təhdid edənə 27 ay həbs cəzası verildi

1:46 - October 30, 2017
Xəbər sayı: 3482323
Sosial şəbəkədə müsəlmanları təhdid və müsəlmanlar əleyhinə ümumi silahlı hücum çağırışı edən cinayətkar İngiltərənin York şəhərinin anti-terrorizm polisi tərəfindən həbs edildi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "facebook" sosial şəbəkəsində səhifə yaradaraq müsəlmanları təhdid edən və daha sonra ümumi kütləni müsəlmanlar əleyhinə silahlı hücuma təhrik edən cinayətkar İngiltərənin York şəhərinin anti-terrorizm polisi tərəfindən tutuqlanaraq məhkəməyə təhvil verildi. Məhkəmə isə onu 27 ay həbs qəti imkan tədbiri ilə cəzalandırıb.

Li Jon Karurun 24 yaşı var və nişançıdır. O özünün "facebook" səhifəsində yazmışdı ki, "ölkədə daxili müharibə başlayıb, müsəlmanlar əleyhinə silahlanın".

Anti-terrorizm polisi onun evini axtararkən onun evindən bir snyaper, bir avtomatkamanlı ox və çoxlu miqdarda güllə darağı aşkarlayıb.

Anti-terrorizm polisi rəisi bu barədə mətbuat müsahibəsində vurğulayıb ki, sosial şəbəkələrdə bu qəbil statuslar çox yazırlar və bu cür yazılar psixi çatışmamazlığı olan bəzi insanların üzərində tez təsir qoyur və irqçilik zəminində düşmənçilik və nifrəti yayır. Buna görə də "online" və media cinayətlərinin vaxtında polisə məlumat verilməsi çox həyati bir məsələdir. Polis vaxtında məlumat ala bilərsə, islamofob və irqçilik zəminində baş verəcək cinayətlərin qarşısını ala bilər.

http://iqna.ir/fa/news/3657521/27

حبس عامل تهدید مسلمانان در صفحات اجتماعی


captcha