IQNA

Avropalı xristian jurnalist ƏRBƏİN piyada yürüşündə + Foto

10:10 - November 05, 2017
Xəbər sayı: 3482344
Sepastiyano Kaputu bu il ilk dəfə olaraq İtaliyadan Kərbəlaya gəlib ki, İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimində aşiqlərin piyada yürüşünü yaxından müşahidə edərək mediada işıqlandırsın.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, avropalı xristian Sepastiyano Kaputu bu il ilk dəfə olaraq İtaliyadan Kərbəlaya gəlib ki, Həzrət İmam Hüseynin (ə) ƏRBƏİN ziyarəti mərasimində aşiq pərvanələrin piyada yürüşünün ən gözəl anlarını yaxından müşahidə edərək mediada işıqlandırsın.

Sepastiyano Kaputu (Sebastiano Caputo) İtaliyanın "İL Giornale" qəzetinin (1974-cü ildən nəşr edilir) yazarı və müxbiridir. O, uzun illərdir ki, bu qəzetdə məqalə yazır.

İraqda Sepastiyano Kaputunu İQNA-nın İtaliyan dili bölməsinin müxbir və tərcüməçisi müşayət edir.

Sepastiyano Cümə günü gecə böyük həvəs və maraqla Nəcəf şəhərinə çatıb və ƏRBƏİN mərasimində iştirak edən milyonlarla zəvvara qoşulub.

Bu ilin Aşura mərasimində Livanda şiə əzadarların məclislərini işıqlandıran italiyalı jurnalist bu barərə deyir: Aşura günü Livanda idim. ƏRBƏİN mərasimində də iştirak etməyi çox istəyirdim. Çünki böyük və əzəmətli ƏRBƏİN yürüşünü yaxından görmək və hiss etmək həvəsində idim.

O deyir ki, yaxın gələcəkdə ŞİƏ məzhəbi barədə kitab yazacaq, bu məzhəbi tanıdacaq və İslam düşmənlərinin İŞİD kimi terroristlərdən istifadə edərək bu müqəddəs din barədə yaratdıqları yalnış şübhələri və fikri çaşqınlıqları beynəlxalq cameədə ortaya çıxaracaqdır.

Sepastiyanonun 25 yaşı var. O, Suriyanın İŞİD işğalından azad edilmiş regionlarında da olub. Və arzu edir ki, bir gün İran İslam İnqilabının rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei və general Qasim Süleymani ilə görüşsün.

http://iqna.ir/fa/news/3659900

خبرنگاری مسیحی از اروپا در پیاده‌روی اربعین + عکس


خبرنگاری مسیحی از اروپا در پیاده‌روی اربعین + عکس

خبرنگاری مسیحی از اروپا در پیاده‌روی اربعین + عکس
Teqlər: iqna ، Ərbəin ، italiya
captcha