IQNA

Məsihilərin müqəddəs kitabı Belarus dilinə tərcümə edildi

20:54 - November 09, 2017
Xəbər sayı: 3482364
Xristianların Belarus dilinə tərcümə edilmiş müqəddəs kitabının (Əhdi-Cədid) təqdimatı mərasimi Belarusiyanın milli kitabxanasında keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, məsihi və xristianların Belarus dilinə tərcümə edilmiş müqəddəs kitabının (Əhdi-Cədid) bu ölkənin milli kitabxanasında təqdimatı mərasimi keçiriləcək.

İran İslam Respublikasının Belarusiyadakı Mədəniyyət Əlaqələri Mərkəzinin işçisi bu barədə İQNA-ya xəbər verərək deyib: Belarusiyanın Ortodoks Kilsəsinin çap və nəşr şurası Belarusiyanın baş patriyarxının və böyük yepiskopunun icazəsi əsasında cari ilin Noyarb ayının 15-də bu ölkənin milli kitabxanasında "əhdi-cədid"in (incil) Belarus dilinə ən yeni və ən dolğun tərcüməsinin təqdimat mərasimini keçirəcək.

Əhdi-Cədidin bu tərcüməsi müasir Belarus dilinə qədim Yunan dilini bilən dilçilərin və ilahiyyatçıların birgə həmkarlığı və səyləri nəticəsində tərcümə olunub.

Bu tərcümə Belarusiyada ilk kitab çapının Fransisk Skorina tərəfindən həyata keçirilməsinin 500 illiyi münasibəti və Ortodoks Kilsənin təşəbbüsü ilə həyata keçirilib.

Yeni Əhdi-Cədidin tərcüməsində müxtəlif dillərdəki tərcümələrdən, o cümlədən Rus, Ukrayn, İngilis, Polyak və digər dillərdən istifadə edilmişdir.

Əhdi-Cədidin Belarus dilinə yeni tərcüməsi 6 min tiraj ilə çap edilib ki, bunun 500 nüsxəsi hədiyyə üçün nəzərdə tutulub və buna görə dəri cildli və qızılı döyümlüdür.

Qeyd edək ki, indiyədək Belarus dilinə tərcümə edilmiş İncil kitabları hamı tərəfindən yaxşı qəbul edilməmişdi və bu da tərcümələrdəki nöqsanlara görə idi.

http://iqna.ir/fa/news/3661620


captcha