IQNA

Misirdə çoxmərtəbəli binada baş verən yanğında Quran salamat qaldı

10:30 - November 09, 2025
Xəbər sayı: 3499173
İQNA - Misirin Dəmenhur şəhərindəki bir mənzildə baş vermiş yanğın nəticəsində oradakı bütün əşyalar yanıb, yalnız Uca Allahın kəlamı olan Quran nüsxəsi salamat qalıb.

“İQNA”-nın “Newsroom”-a istinadla verdiyi xəbərə görə, hadisə Dəmenhur polis şöbəsinə şəhərin Aburiş qəsəbəsində, birinci mərtəbədə yerləşən mənzildə güclü yanğın baş verdiyi barədə sakinlərdən məlumat daxil olduqdan sonra baş verib. Polis qüvvələri, yanğınsöndürənlər və bir təcili yardım maşını dərhal hadisə yerinə cəlb edilib.

Binanın sakinləri qalın tüstünün qalxmasını görən kimi küçəyə çıxıblar. Yanğınsöndürənlər alovu nəzarətə ala bilib və onun binanın digər hissələrinə və qonşu mülklərə yayılmasının qarşısını alıblar.

Yanğın nəticəsində xəsarət alan və ya ölən olmayıb. Hadisə ilə bağlı rəsmi protokol tərtib olunub və ilkin araşdırmalar göstərib ki, yanğının səbəbi elektrik naqillərində baş verən qısaqapanmadır.

Hadisə şahidlərinin sözlərinə görə, yanğından sonra mənzildəki bütün əşyalar yanıb, yalnız Qurani-Kərimin bir nüsxəsi toxunulmaz qalıb.

4315565

Teqlər: misir ، quran ، yanğın ، nüsxə
captcha