İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, müxtəlif yaşlarda olan türkiyəli xanımlar bu ölkənin Qaziantəpə şəhərinin Qurani-Kərimin təlimi kurslarında böyük həvəs və maraqla iştirak edirlər.
Türkiyəli xanımlar özləri və övladları ilə Quran oxumağı və bəzi İslami təlimləri öyrənmək üçün bu şəhərdə təşkil edən Qurani-Kərim təlimi kurslarında iştirak edirlər.
Qaziantəpə şəhərinin Qurani-Kərim təlimçilərindən biri olan Rüqəyyə Kəskin türkiyəli xanımların bu təlim kurslarına olan marağı barədə deyir: Uşaqlıq və cavanlıq vaxtlarına Qurani-Kərimi oxumağı öyrənmək nemətindən məhrum qalan xanımlar indi bu neməti əldə etmək üçün gözəl bir fürsət tapıblar və bu fürsəti yaxşı dəyərləndirirlər.
Rüqəyyə Kəskin əlavə edib: Bəzi xanımlar özləri ilə birgə azyaşlı uşaqlarını və bəzən də cavanlarını Qurani-Kərim öyrənmək üçün bu kurslara gətirirlər. Və bu məsələ bizi hər şeydən daha çox ümidləndirir.
Qaziantəpə şəhərinin Qurani-Kərim təlimçi bu kurslarda iştirak edənlərin Quran öyrəndikləri üçün razı və şad olduqlarını vurğulayaraq deyib: Bu kurslarda iştirak edən xanımlar deyirlər ki, ey kaş, daha öncə Quran oxumağı öyrənmiş olaydıq.
http://iqna.ir/fa/news/3662040