IQNA

ISESCO İraq və İran zəlzələsi münasibətilə başsağlığı verdi

8:49 - November 14, 2017
Xəbər sayı: 3482388
İslami təlim, mədəniyyət və elmlər təşkilatı (İSESCO) bəyaniyyə yayaraq keçən həftənin bazar günü gecə, İraq və İranda baş vermiş zəlzələ zamanı həyatını itirən qurbanların ailələrinə başsağlığı dedi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İslami təlim, mədəniyyət və elmlər təşkilatı (İSESCO) bəyaniyyə yayaraq keçən həftənin bazar günü gecə, İraq və İranda baş vermiş zəlzələ zamanı həyatını itirən qurbanların ailələrinə və bu iki dövlətə başsağlığı dedi.

İslami təlim, mədəniyyət və elmlər təşkilatı (İSESCO) Əbdül-Əziz bin Osman Tüvəyciri bəyaniyyə yayaraq İraq və İranda baş vermiş zəlzələ zamanı həyatını itirən qurbanların ailələrinə başsağlığı verərək, hadisə ilə bağlı təəssüf hissi keçirdiyini və bu iki xalq ilə bu müsibətdə həmdərd və qəm şəriki olduğunu dedi.

Əbdül-Əziz bin Osman Tüvəyciri bəyaniyyədə hadisə zamanı həyatını itirənlərə Allahdan rəhmət diləyərək, əzizlərini itirmiş ailələrə səbr tövsiyə etdi.

Qeyd edək ki, İraq və İran sərhədində baş vermiş zəlzələ hadisəsi ilə bağlı Kanadanın baş naziri və Rusiyanın prezidenti başsağlığı bəyaniyyəsi yayıblar.

Qeyd edək ki, keçən həftənin bazar günü gecə İran və İraqın sərhəd şəhərilərində 7/3 bal gücündə zəlzələ baş verdi. Hadisə zamanı 500-ə yaxın insan həyatını itirdi və 7000-dən çox insan isə yaralandı. Həmçinin bu hadisə zamanı İraqda 8 nəfər həyatını itirib və 500-dən çox insan yaralanıb.

http://iqna.ir/fa/news/3663033


Teqlər: iqna ، isesco ، iran ، zəlzələ
captcha