IQNA

İranda baş verən zəlzələ qurbanlarının sayı 435 nəfərə çatdı, 7817 nəfər yaralı var

16:08 - November 14, 2017
Xəbər sayı: 3482389
İran İslam Respublikasının İraqla sərhəd olan Kermanşah əyalətinin rayonlarında baş verən zəlzələdə ölənlərin sayı 435 nəfər oldu, 7817 nəfər isə yaralanan var.

İQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, keçən həftənin bazar günü, 12 Noyabr 2017-ci il, axşam saatlarında, İran İslam Respublikasının qonşu İraq respublikası ilə sərhəd olan Kermanşah əyalətinin şəhər və rayonlarında baş verən zəlzələ nəticəsində 435 nəfər ölüb və 7817 nəfər yaralı var.

Kütləvi informasiya vasitələrinin (kiv) verdiyi xəbərə görə, zəlzələ olan ərazilərdə xilasetmə işləri davam edir. Evlərini itirmiş sakinlər çadırlarda yerləşdirilib, yatacaq, geyim və qida ilə təmin ediliblər. Zəlzələ baş vermiş ərazilərin 90%-nin işığı və suyu yenidən bərpa edilib. Vəziyyəti ağır olan yaralılar helekopterlə ilə Tehran xəstəxanalarına çatdırılıblar. 

Zəlzələ İran İslam Respublikasının qərb rayonlarında, o cümlədən Qəsri-Şirin, Sərpol Zəhab və Kermanşahda ağır tələfatlarla nəticlənib.

Teqlər: iqna ، iran ، zəlzələ
captcha