IQNA

Xümsün yarısını zəlzələdə zərərçəkmişlərə verin;

Ayətullah Sistani İranda baş verən zəlzələ ilə bağlı yeni hökm verdi

10:16 - November 15, 2017
Xəbər sayı: 3482392
Şiələrin İraqın Nəcəf şəhərində yaşayan təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani İran İslam Respublikasında baş verən zəlzələ ilə bağlı yeni hökm verdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şiələrin İraqın Nəcəf şəhərində yaşayan təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistani İran İslam Respublikasında baş verən zəlzələ ilə bağlı yeni hökm verdi.

Şiələrin İraqın Nəcəf şəhərində yaşayan təqlid mərcəsi Həzrət Ayətullah Üzma Seyid Əli Sistaninin rəsmi informasiya portalının yaydığı məlumata görə, Ayətullah Sistani bu hadisə zamanı əzizlərini itirmiş ailələrə və İran xalqına başsağlığı verərək İran xalqının qəminə şərik olduğunu bildirib.

Həzrət Ayətullah Üzma Seyid Əli Sistani həmçinin əlavə edib ki, müsəlmanlar öhdələrinə düşən "xüms"sün "imammalı" hissəsinin yarısını İran İslam Respublikasında zəlzələdən zərərçəkənlərə kömək və onların zəruri ehtiyaclarını təmin etmək məqsədilə istifadə edə bilərlər.

Qeyd edək ki, şiə fəqihlərinin hökmünə əsasən "XÜMS" (müsəlman insanın ilbaşında ehtiyacından artıq qalan malının 5-dən birini Allah yolunda xərcləməsi) iki hissəyə bölünür. Bir hissəsi kasıb, yetim və səfərdə maddi imkanını itirmiş seyidlərə verilir və digər hissəsi İmam Mehdi Sahibzamanın (ə.f) ümumi nümayəndələri sayılan təqlid mərcələrinə verilir ki, İslam dininin və müsəlmanların ehtiyacları üçün xərcləsinlər.

Yuxarıdakı hökmə əsasən ikinci hissənin (İmam Zamanın nümayəndəsinə verilməsi vacib olan hissəsinin) yarısını İranda baş verən zəlzələdə zərərçəkmiş ailələrin zəruri ehtiyaclarını təmin etmək üçün xərcləmək olar.

http://iqna.ir/fa/news/3663224

حکم آیت‌الله سیستانی برای کمک به زلزله‌زدگان کرمانشاه + متن


Teqlər: iqna ، sistani ، xüms ، zəlzələ
captcha