IQNA

Hindistanda müsəlmanların beynəlxalq toplantısının yekun mərasimi keçirildi

0:03 - November 29, 2017
Xəbər sayı: 3482440
Hindistanın "Madhya Pradesh" əyalətinin Bupal (Bhopal) şəhərində keçirilən Müsəlmanların 17-cü Beynəlxalq Toplantısı öz işini sona yetirdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın "Madhya Pradesh" əyalətinin Bupal (Bhopal) şəhərində keçirilən Müsəlmanların 17-cü Beynəlxalq Toplantısı öz işini sona yetirdi.

Bəzi media və KİV müşahidəçi və analitikləri sözü gedən toplantı barədə bu qənaətdədirlər ki, Hindistanda "Təbliğ Camaatı Təşkilatı"nın təşəbbüsü ilə keçirilən "Müsəlmanların Beynəlxalq Toplantısı" cəmiyyət izdihamına görə Həcc mərasimi və Banqladeşin illik toplantısından sonra ən böyük toplantıdır.

Üç gün müddətində keçirilən bu toplantının yekun mərasimində Hindistan, Malaziya, İndoneziya, Şrilanka, Mərakeş, İordaniya, Cənubi Afrika Brunoi, İraq, Səudiyyə Ərəbistanı, Banqladeş, Küveyt, BƏƏ, Yəmən və Taylanddan 1 milyon 200 min nəfər iştirak edib.

Hindistanda keçirilən bu beynəlxalq toplantı ilk dəfə 1948-ci ildə Bupal şəhərinin Came məscidində keçirilib və həmin vaxtdan da illik mərasimə çevirilib.

http://iqna.ir/fa/news/3667859


captcha