IQNA

Bəhreynlilər İsa Qasimin evinin mühasirə edilməsinə etiraz etdilər

0:32 - December 02, 2017
Xəbər sayı: 3482456
Minlərlə bəhreynli vətəndaş küçələrə axışaraq Ayətullah İsa Qasimin ev dustaqlığında saxlanılması və evinin mühasirə edilməsinə etiraz etdilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, həftənin cüməaxşamı günü minlərlə bəhreynli vətəndaş inqilabçıların səsinsə səs verərək küçələrə axışıb və Ayətullah İsa Qasimin ev dustaqlığında saxlanılması və evinin mühasirə edilməsinə qarşı etirazlarını bildiriblər.

Etiraz aksiyasına çıxmış xalqdan dövlətdən tələb edib ki, Ayətullah İsa Qasimin evinin mühasirəsinə son qoyulsun və Ayətullahın xəstəliyinin müalicəsi üçün şəarit yaradılsın.

Ali-Xəlifə rejiminin muzdurları "əd-Diraz" və "əl-Məamir" meydanlarında etiraz aksiyasına toplaşanları gözyaşardıcı qazlar və plastik güllərlə hədəf alıblar.

Qeyd edək ki, Ali- Xəlifə rejimi bir ildən çoxdur ki, Ayətullah İsa Qasimin vətəndaşlığını ləğv edib və onu ev dustaqlığında saxlayır.

Bəhreynli şiələrin mənəvi lideri Ayətallah İsa Qasimin səhhəti pisləşib və təcili surətdə xəstəxana şəraitində müalicə edilməlidir. Onun çəkisi 40 kq.-dan aşağı düşüb və hətta oturmaq gücünü də itirmişdir və cərrahiyyə əməli edilməlidir.

http://iqna.ir/fa/news/3668551


Teqlər: iqna ، İsa qasim ، bəhreyn
captcha