IQNA

10:26 - December 03, 2017
Xəbər sayı: 3482461
Dünən, həftənin şənbə günü, Bu gün Azərbaycan İslam Partiyasında Həzrət Muhəmməd Peyğəmbərin (s) mövludu ilə əlaqədar tədbir keçirilib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin şənbə günü,Azərbaycan İslam Partiyasında Həzrət Muhəmməd Peyğəmbərin (s) mövludu ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə partiya nümayəndələri ilə bərabər DEVAM sədri İlaqr İbrahimoğlu, İslami Müqavimət Hərəkatının rəhbəri Rövşən Əhmədli, AİP Qadınlar Şurasının və Əsgər Analarına Dəstək İctimai Birliyinin sədri Növrəstə İbrahimova, QAT sədrinin mənəvi dəyərlər üzrə müşaviri Əfqan Muradov, Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev və digər ictimai siyasi təşkilatların rəhbər vəzifələri qatılıb.
İlk olaraq tədbirdə Azərbaycan İslam Partiyasıın sədrəvəzi Hacı İlham Əliyev çıxış etdi. O, bu mübarək gün münasibəti ilə tədbirdə iştirak edənləri təbrik edib və tədbirin qərargahda keçirilməsinin səbəbini açıqlayıb: "İkinci ildir ki, biz belə tədbirləri keçirmək üçün yer istəyirik, amma yer vermirlər. Bu səbəbdən tədbiri öz qərargahımızda keçirmək qərarına gəldik".
AİP sədrəvəzi bundan sonra Peyğəmbərin uca məqamından danışaraq, onun insanlığın ən uca zirvəsində yerləşən əxlaqi nümunə, şəxsiyyət olduğunu bildirdi: "Allah-Təala Qurani-Kərimdə bizə onu ən böyük alim, filosof və sair kimi yox, ən böyük əxlaq sahibi kimi tanıtdırır. Çünki insanlar fəlsəfə oxuyub, bütün düşüncələrə sahib olsalar da, elmin ən yüksək səviyyəsində olasalar belə, hədəf elmə, düşüncəyə sahib olmaq deyil. Bunlar sadəcə ən uca hədəf üçün müqəddimədir. Ən uca hədəf əxlaq olmalıdır. Bütün kitablar, ədəbiyyatlar da bunun üçündür: hamı zəhmət çəkir ki, insanı insan eləsin, adamlıq məqamına ucaltsın, başqa məxluqlardan fərqləndirsən".
Hacı İlham Əliyevin sözlərinə görə, bütün elm buna xidmət etməlidir: "Hədəf insan yetişdirə bilməkdir. Əgər bu hədəfə çatıbsa, elmindən bəhrələnə bilibsə, ən xoşbəxt insan odur. Lakin bir çox hallarda insanlar bu vasitələrdə itirlər. Elə bilirlər ki, savad almaq üçün oxuyubsa, filosof, jurnalist, həkim olubsa, vəssalam. Ancaq anlamır ki, diplom alıb, həkimliyindən istifadə edə bildməyəcəksə, neçə illərdir çəkdiyi zəhmət hədər olacaq"
AİP sədr əvəzi bildirdi ki, insanları Allah bu istiqamətə yönəldib və nümunəni Rəsulullahı təqdim edib: "Yəni bütiün o vasitələr ki, insanın məqama çatmasında xidmət eləməli idi, Peyğəmbərimiz nəinki yiyələnib, hətta əməl məqamında da tətbiq edib və uca zirvətəyə fəth edib. Əməldə elə yüksək məqama sahib olub ki, hamıya nümunə olub. Hər kəs Peyğəmbərə baxsa hədəfi, yolu itirməz. Allahın Rəsulu bəyan edir ki, peyğəmbərlərin gəlişində əsas hədəf insanlığın içində olan bütün dəfinələri, fitrətlərində olan gözəllikləri üzə çıxarmaq olub. Hamıda ağıl da düşüncə də var, Allah hamıya bu neməti əta eləyib. Lakin bəzilərində bu dəfinə gizli kimi qalıb. Bunu üzə çıxarmaq lazımdır. Peyğəmbərini gəlişinin hədəfi də insanların daxilindəki xəzinəni üzə çıxarmaq və bu istiqaməttdə yoluna davam etdirməkdi".
Bundan sonra QAT sədrinin mənəvi dəyərlər üzrə müşaviri Əfqan Muradov çıxış etdi və bildirdi ki, ateistlər sosial şəbəkələrdə peyğəmbəri təhqir edən səhifələr açıblar: "Peyğəmbərlər qarşısında onların müdafiəsi üçün heç nə edə bilmədiyimiz üçün utanırıq. Bu gün bununla əlaqədar rəsmi müraciət edəcəyimiz ünvan tanımırıq ki, milyonlarla insanın inanc yerini təhqir edənlərə qarşı tədbir görsün.".
Tədbirdə başqa ictimai-siyasi xadimlər də çıxış edib, Peyğəmbərin mövludu münasibəti ilə hər kəsi təbrik etdilər. /maide.az/













Teqlər: İQNA ، AİP ، vəhdət
Ad:
E-poçt:
* Comment:
* captcha: