IQNA

1:21 - December 09, 2017
Xəbər sayı: 3482485
İnsan Haqları Nəzarətçisi TŞ-dan istədi ki, Səudiyyə Yəmənə humanitar yardımların çatdırılmasına maneə törətməkdə davam edərsə, bu koalisiya üzvlərinin xaricə çıxışına və əmlaklarına embarqo qoyulsun.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İnsan Haqlarına Nəzarət Təşkilatı BMT-nin Təhlükəsizlik Şurasından istədi ki, Səudiyyə koalisiyası Yəmənə humanitar yardımların çatdırılmasına maneə törətməkdə davam edərsə, bu koalisiyanın başçılarının xaricə çıxışına və əmlaklarına embarqo qoyulsun.

İnsan Haqlarına Nəzarət Təşkilatı elan etdi: Yəmənə təcavüz edən Ərəbistan koalisiyasının Yəmənə humanitar yardımların və İslami qida və geyim məhsullarının çatdırılmasına yaratdığı hərtərəfli maneə bu ölkəni insani bir böhran səviyyəsinə çatdırıb.

Bu təşkilat vurğuladı: Əgər bu koalisiya ən tez zamanda və sürətlə humanitar yardımların Yəmən xalqına çatdırılması yolundakı maneələri götürməzsə, BMT-nin Təhlükəsizlik Şurası (TŞ) bu kolasiyanın başçılarının, ən başda da Ərəbistanın vəliəhdi şahzadə Məhəmməd ibn Salma olmaqla, xaricdəki əmlakına embarqo qoyulacaq və onların xarici səfərlərinə qadağa qoyulacaqdır.

İnsan Haqlarına Nəzarət Təşkilatı BMT-nin Yəmən xalqının ağır vəziyyətini dünyanın ən pis insani böhranı adlandırdığına işarə edərək dedi: Yəmənə humanitar yardımların çatdırılması üçün bu ölkəyə hava, su və qurudan təhlükəsiz keçidlər yaradılmalıdır.

Cemis Rus (İnsan Haqlarına Nəzarət Təşkilatının siyasət və qanun bölməsinin müdiri) dedi: BMT-nin Təhlükəsizlik Şurasının üzvlərindən bəziləri, o cümlədən ABŞ, İngiltərə və Fransa Ərəbistanın təcavüzkar koalisiyasını dəstəkləyirlər, halbuki bu koalisiya Yəməndə sivil vətəndaşlar əleyhinə saysız cinayətlər işləyiblər.

http://iqna.ir/fa/news/3670531

Teqlər: İQNA ، Yəmən ، Ərəbistan ، Səna ، ، BMT
Ad:
E-poçt:
* Comment:
* captcha: