IQNA

Bəzi müxalifət və etirazlara baxmayaraq;
7:41 - December 11, 2017
Xəbər sayı: 3482493
Böyük idman məhsulları istehsalçılarından biri olan NİKE şirkəti bəzi müxalifət və etirazlara rəğmən ilk “idman hicabı” geyiminin istehsalı və satışına başladı.

NİKE şirkəti “idman hicabı”nın istehsalı və satışına başladıİQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, böyük idman məhsulları istehsalçılarından biri olan NİKE şirkəti bəzi müxalifət və etirazlara rəğmən ilk “idman hicabı” geyiminin istehsalı və satışına başladı.

Nike şirkətinin satış mərkəzlərində və satış filiallarında yenilikdə satışa çıxarılmış “idman hicabı” dünyanın idman birinciləri tərəfindən sınaqdan çıxarılmış və təsdiq edilmişdir.

ABŞ-ın qılınc oyantmaq idman növü üzrə birincisi və bu ölkənin milli komandasının üzvü xanım İbtihac Məhəmməd, Misirin qaçış üzrə tanınmış idmançısı xanım Mənal Rüstəm və BƏƏ-nin buzüstü eski (buz pateni) qəhrəmanı xanım Zəhra Lari bu idman hicabını imtahan və təsdiq etmiş ilk idmançılardır.

NİKE şirkəti idman sahəsində geniş mədəni və dini dəyişiklikləri və müsəlman qadınların idman meydanlarında geniş iştirakını nəzərə alaraq bu İslami markanı müsəlman xanımlar üçün dizayn və istehsal etmişdir.

Şirkətinin məhsullarının dediyinə görə, onlar bu geyimin dizaynı və istehsalı üçün bir vaxt qoyublar ki, istehsal etdikləri məhsul  həm yüngül, həm yumuşaq və həm də hava dəyişdirmək qabiliyyəti olsun.

Hazırda Avropa bazarlarında 30 avroya satışa çıxarılan “Nike idman hicabı” yaxın günlərdə Orta Şərq bazarlarında da satışa çıxarılacaqdır. Bu şirkətin BƏƏ-də 24 və Ərəbistanda 28 rəsmi filialı vardır.

http://iqna.ir/fa/news/3671156

Teqlər: İQNA ، NİKE ، idman hicabı
Ad:
E-poçt:
* Comment:
* captcha: