IQNA

9:48 - December 12, 2017
Xəbər sayı: 3482498
Azərbaycanın paytaxtı Bakıda əziz Peyğəmbərimizin (s) və 6-cı İmamımızın (ə) mövludu və "Vəhdət həftəsi"münasibətilə elmi-intellektual yarış – XI Mövlud Olimpiadası" keçirilib.

Bakıda XI `Mövlud Olimpiadası` keçirildi, qaliblər müəyyənləşdiİQNA-nın (Beynəlxalq Quran Xəbərləri Agentliyi) verdiyi xəbərə görə, Azərbaycanın paytaxtı Bakıda əziz Peyğəmbərimizin (s) və 6-cı İmamımızın (ə) mövludu və "Vəhdət həftəsi"münasibətilə elmi-intellektual yarış – XI Mövlud Olimpiadası" keçirilib.

140-a qədər iştirakçının qeydiyyatdan keçdiyi X "Mövlud Olimpiadası" duaların edilməsi ilə başlanıb. Daha sonra I mərhələyə start verilib. I mərhələnin yekunlarına görə, olimpiada iştirakçılarından 66 nəfər 15 və daha çox xal toplamaqla, ikinci mərhələyə keçib.

Daha sonra ikinci mərhələ keçirilib. İkinci mərhələdə də 15 və daha yüksək xal yığan 51 iştirakçı üçüncü - Final mərhələsinə keçmək imkanı qazanıb.

Final mərhələsində bir iştirakçı maksimum mümkün 27 bal, 3 nəfər isə 25 toplamışdır. Lakin, öncəki turların nəticələrini nəzərə alaraq yerlər belə bölünmüşdür:

Əliyeva Leyla xanım 72 xalla IV nəticə, Həsənova Zeynəb xanım 76 xalla III nəticə, İsmayılova Gülsüm xanım 78 xalla II nəticəni göstərmişdir.

İsmayılova Rəna xanım 79 xal toplamaqla XI Mövlud Olimpiadasının qalibi olmuşdur.

Qeyd edək ki, XI Mövlud Olimpiadasının suallarının “Fiqh risaləsi” kitabından tərtib edilməsi nəzərdə tutulmuşdur. Builki Olimpiadanın sualları kitabın “Alverin hökmləri” və “Nəzir, and və əhdin hökmləri” bölmələrini tam olaraq əhatə edir. Mövlud Olimpiadasının keçirilməsinin ən mühüm hədəfi – maarifçiliikdir. 

XI

XI

XI

XI

XI

VII

VII

VII

VII

VII

VII

VII

VII

VII

VII

VII "Uşaq Mövlud Olimpiadası"

Əziz İslam Peygəmbərinin (s) - aləmlərin yaradılış fəlsəfəsi olan Həzrət Muhəmmədin (s) və İmam Cəfər Sadiqin (ə) mübarək mövludları, habelə "Vəhdət" həftəsi münasibətilə gözəl bilik yarışması - VII "Uşaq Mövlud Olimpiadası" keçirilib.

 Tədbirin təşkilatçılarından "Deyerler.org"a verilən məlumata görə, olimpiadaya müxtəlif yaş həddində 120-dən çox uşaq qatılıb.

 Nəticələr elan edilməmişdən öncə uşaqlar üçün Mövlud bayramı tədbiri keçirilib, müxtəlif viktorinalar keçirilib, uşaqlar şeirlər söyləyib, ilahilər ifa edilib. Daha sonra nəticələr elan edilib.

 Nəticələr belə olub:

 I-II siniflər arasında:

 3 nəfər - III nəticə

3 nəfər - II nəticə

1 nəfər - I nəticə

 III siniflər arasında:

 3 nəfər - III nəticə

2 nəfər - II nəticə

2 nəfər - I nəticə

 IV siniflər arasında:

 1 nəfər - III nəticə

5 nəfər - II nəticə

3 nəfər - I nəticə

 V siniflər arasında:

 4 nəfər - III nəticə

6 nəfər - II nəticə

4 nəfər - I nəticə

 VI siniflər arasında:

 2 nəfər - III nəticə

3 nəfər - II nəticə

1 nəfər - I nəticə

Elmi-intellektual yarışmanın yekununda bütün iştirakçılara təltifnamələr təqdim edilib.

Qeyd edək ki, VII Azərbaycan "Uşaq Mövlud Olimpiadası"nın sualları “Fiqh təlimləri” kitabından tərtib edilib. Uşaqların hazırlaşmasını optimallaşdırmaq üçün bu kitabın müxtəlif bölmələrinə aid suallar əlavə olaraq təqdim edilib. Belə ki, kitabın “Vacib namazlar”, “Məscidin hökmləri”, “Yövmiyyə namazları”, “Namazın vacibləri”, “Namazın təqibatı”, “Namazda şəklər” bölmələrindən seçmə suallar VII "Uşaq Mövlud Olimpiadası"nın əziz iştirakçılarının diqqətinə çatdırılıb.

Ad:
E-poçt:
* Comment:
* captcha: