IQNA

İİR-nın təşəbbüsü ilə keçiriləcək;
0:13 - December 31, 2017
Xəbər sayı: 3482574
İran İslam Respublikasının Avstriyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüs ilə "İslam inqilabı və sosial mədəni islahatlar" mövzusunda dəyirmi masa təşkil ediləcəkdir.

Avstriyada İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İİR-nın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının informasiya blokuna istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının Avstriyadakı Mədəniyyət Əlaqələri İdarəsinin təşəbbüs ilə yeni milady ilin Yanvar ayının 20-də, Avstriyada "İslam inqilabı və sosial mədəni islahatlar" mövzusunda dəyirmi masa təşkil ediləcəkdir.

"İslam inqilabı və sosial mədəni islahatlar" mövzusunda dəyirmi masa ətrafında müzakirə İranda İslam İnqilabının baş verməsi günləri (Allah günləri, Fəcr 10 günlüyü) münasibəti ilə Vyananın İslami və Humanitar Elmlər İnsititutunda baş tutacaqdır.

Bu iclasda Qurani-Kərim və İran İslam İnqilabının dahi rəhbəri Həzrət Ayətullah İmam Xomeyni (r.ə) baxışında ictimai və siyasi islahatlar, ictihad iyirminci əsrin ictimai və siyasi meydanında islahatçı baxış kimi, kapatilazim, ictimai ədalət və İslami iqtisad qaydaları mövzuları müzakirə ediləcəkdir.

Dəyərmi masanın qonaqları Məhəmməd Rəzəvi Rad, Markos Fiydler və xanım Katrin Brizaniski olacaqlar.     

http://iqna.ir/fa/news/3677579

Ad:
E-poçt:
* Comment:
* captcha: