Livan Hizbullahının baş katibi çərşənbə günü İrandakı son hadisələrə reaksiyada bildirib: ABŞ prezidenti Donald Tramp, sionist rejimin baş naziri Benyamin Netanyahu və Səudiyyə Ərəbistanı rejimi rəsmilərinin İrandakı ümidləri puça çıxdı.
Beynəlxalq Quran Xəbər Agentliyi(İQNA) Sahartv-yə istinadla xəbər verir ki, Seyid Həsən Nəsrullah əl-Məyadin televiziyasına verdiyi müsahibədə deyib: ABŞ və müttəfiqlərinin İran əleyhinə hərəkətləri İran İslam Respublikasının müqavimət və Fələstini dəstəkləməsinə görədir.