İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərin (BƏƏ) "əl-ittihad" qəzetinin xəbər və informasiya portalına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) milli "Rə`sul-Xeymə" mükafatı Qurani-Kərim yarışlarının on səkkizinci turunun ilkin mərhələsi bu ölkədə yaşayan müxtəlif milliyyətlərin iştirakı ilə keçirilir.
Bu yarışların ilkin mərhələsi cari həftənin 3-cü günü, 3 Yanvar 2018-ci il, başlayıb və beş gün müddətində davam edəcəkdir.
BƏƏ-nin milli "Rə`sul-Xeymə" mükafatı Qurani-Kərim yarışlarının on səkkizinci turunun ilkin mərhələsi xanımlar arasında cari həftənin ikinci günü, 2 Yanvar 2018-ci il, başlayıb və dünən, həftənin Cümə günü, Yanvar ayının 5-də öz işini sona çatdırmışdır.
Əhməd İbrahim Səbian – BƏƏ-nin milli "Rə`sul-Xeymə" mükafatı Qurani-Kərim yarışlarının keçirilmə komitəsinin baş katibi, BƏƏ-də sakin olan müxtəlif milliyyətlərin Qurani- Kərim yarışlarını maraqla qarşıladıqlarına işarə edərək dedi: Bu yarışlar "Rə`sul- Xeymə" şəhərinin hakimi Şeyx Səud ibn Səqər Qasiminin birbaşa nəzarəti ilə həyata keçirilir.
BƏƏ-nin milli "Rə`sul-Xeymə" mükafatı Qurani-Kərim yarışlarının keçirilmə komitəsinin baş katibinin müavini Əbdürrəhman Məcdad bu yarışlarda 763 nəfərin iştirak etdiyinə işarə edərək dedi: İlkin mərhələnin qalibləri cari ilin Yanvar ayının sonunda keçiriləcək final mərhələsində iştirak edəcəklər.