IQNA

0:21 - January 20, 2018
Xəbər sayı: 3482672

İran və Azərbaycan arasında mədəni mübadilələrə təkid edilib

Azərbaycan Təbrizdəki baş konsulu deyib: Azərbaycan qardaş ölkə olan İran ilə elmi, texniki, iqtisadi, mədəni və turizm sahələrində hərhansı əməkdaşlıqlara hazırdır.

İran və Azərbaycan arasında mədəni mübadilələrə təkid edilib

İran və Azərbaycan arasında mədəni mübadilələrə təkid edilibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu deyib: Azərbaycan Respublikası dost və qardaş ölkə olan İran İslam Respublikası xüsusiylə şərqi Azərbaycan ostanı ilə elmi, texniki, iqtisadi, mədəni və turizm sahələrində hərhansı əməkdaşlıqlara hazırdır.

İRNA-nın verdiyi məlumata görə, Əliyənnağı  Hüseynov dünən Təbrizdə şərqi Azərbaycan icra başçısının siyasi-təhlükəsizlik üzrə müavini Rəhim Şöhrətifər ilə görüşündə Azərbaycan Respublikasının Təbriz-2018 tədbirlərində əməkdaşlıq etməyə hazır olduğunu bildirərək deyib: Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası da 2018-ci ildə islam dünyasının mədəniyyət paytaxtı seçilib və iki tərəf bu sahədə əməkdaşlıqlar apara bilərlər. 

Görüşdə iranlı rəsmi də Təbriz-2018 tədbirlərinin İran ilə Azərbaycan Respublikası arasında əlaqələrin inkişafı üçün fürsət yaratdığını bildirib. 

Şöhrətifər Azərbaycan Respublikasının turizm şirkətlərini Təbriz şəhərinə turist səfərləri təşkil etməyə çağırıb. 

captcha