IQNA

Keçən iki ildə 1300 əlil Quran hafizi “Navvarani” proqramından istifadə edib

0:54 - January 27, 2018
Xəbər sayı: 3482696
Dünyada keçən iki il ərzində 1300 müsəlman Ərəb və İngiliscə istifadəyə verilmiş iki dilli dicital “Navvarani” (Nawreni) Quran proqramından istifadə edərək Qurani- Kərimi hifz ediblər.

Keçən iki ildə 1300 əlil Quran hafizi “Navvarani” proqramından istifadə edibİQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünyada keçən iki il ərzində 1300 müsəlman Ərəb və İngiliscə istifadəyə verilmiş iki dilli dicital “Navvarani” (Nawreni) Quran proqramından istifadə edərək Qurani- Kərimi hifz ediblər.

Quran hifzinə kömək edən bu proqram “əl-Quranu navvarani” (Quran məni nurlandırdı) adlanır. Bu Quran proqramı göz və qulaq əllilərininin istedadları və bacarıqlarının inkişafı üçün nəzərdə tutulmuşdur ki, dünyada öz növündə oxşarsızdır.

“Navvarani” Quran hifzi öyrədən bu proqram Android və İOS platformaları üzərində işləyir və istifadəçini təlim zamanı müəllimdən, yazı və oxu ləvazimatından və təlim kurslarında iştirak etməkdən ehtiyacsız edir.

Bu proqram Səudiyyə Ərəbistanın Ciddə şəhərinin “Xeyrukum” Quran təlimi birliyinin təşəbbüsü ilə itehsal edilib. Proqram hazırda Google Play Store dicital proqramlar satışı mərkəzi tərəfindən istifadəçilərə təqdim edilir.

http://iqna.ir/fa/news/3685430

بهره‌مندی 1300 حافظ معلول از نرم‌افزار هوشمند«نورنی»

captcha