İQNA- nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda “Quran qiraətləri” seminarı keçirildi. Seminar İraqın Kərbəla şəhərindəki Həzrət Əbulfəzl Abbas (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Qurani- Kərim müəssisəsi”nin İngiltərə şöbəsinin təşəbbüsü ilə təşkil edilib.
İraqın Kərbəla şəhərindəki Həzrət Əbulfəzl Abbas (ə) ziyarətgahının rəsmi saytı “əl-Kəfil” bu xəbəri yayımlayaraq seminarın London Beynəlxlaq İslam Elmləri Akademiyasının dəvəti ilə keçirildiyini deyib.
Kərbəla şəhərindəki Həzrət Əbulfəzl Abbas (ə) ziyarətgahının “elmlər mərkəzi”nin direktoru Şeyx Ziyauddin Ali- Məcid Zübeydi və digər elm adamlarının iştirakı ilə keçirilən seminarda Qurani- Kərimin qiraət elmi şiələrin mərhum təqlid mərcəsi həzrət Ayətullah Üzma Əbul-Qasim Xoyinin “Əl-Bəyan fi təfsiril-Quran” əsəri əsasında araşdırılıb.
Qeyd edək ki, İraqın Kərbəla şəhərindəki Həzrət Əbulfəzl Abbas (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Qurani- Kərim müəssisəsi”nin İngiltərə şöbəsi Əhli-Beytin (ə) elmi baxışı əsasında Qurani araşdırmalar zəminində elmi xidmətlər göstərmək üçün təsis edilmişdir.
Şiələrin mərhum təqlid mərcəsi, Quran və Hədis elmlərində öz dövrünün misilsiz alimi həzrət Ayətullah Üzma Əbul-Qasim Xoyinin (vf. 1371 hq) “Əl-Bəyan fi təfsiril-Quran” əsəri Quran elmləri sahəsində misilsiz kitablardan biridir ki, Ayətullahın Nəcəf şəhərindəki dərslərinin məhsuludur.