IQNA

İngiltərə parlamentində Bəhreyn inqilabının ildönümü anılıb

11:24 - February 09, 2018
Xəbər sayı: 3482753
Bəhreyn inqilabının başlanmasının yeddinci ildönümünün anım mərasimi hüquqi aktivistlərin iştirakı ilə İngiltərənin parlament binasında keçirilib.

İngiltərə parlamentində Bəhreyn inqilabının ildönümü anılıbİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Bəhreyn inqilabının başlanmasının yeddinci ildönümünün anım mərasimi hüquqi aktivistlərin iştirakı ilə İngiltərənin parlament binasında keçirilib.

Bəhreyndə xalq inqilabının fevral ayının 14-də başlaması münasibəti ilə İngiltərənin parlament binasında toplantı keçirilib. İclasda parlament nümayəndələri və iki ölkənin hüquqi aktivistləri iştirak ediblər.

İclasda iştirak edənlər Bəhreyndə baş verən son dəyişiklikləri və hadisələri müzakirə etmiş və Ali- Xəlifə rejiminin etirazçılara qarşı repressiv tədbirlərini və vətəndaşların vətəndaşlıq hüquqalarının alınmasını tənqid ediblər.

İngiltərə bu ilcasın keçirildiyi vaxtda Britaniya dövləti Fars körfəzində insan haqlarının kobud şəkildə pozulduğu və demokratik dəyərlərin ayaq altına atıldığı ölkələri dəstəkləyir.

Bəhreyn xalq inqilabından daha bir il ötdü və bəhreynli şiələri yenədə Ali- Xəlifə rejiminə qələbə ümidi ilə çalışırlar.   

Şiələr bu yeddi il ərzində hegemon dövlətlər tərəfindən himayət edilən Ali- Xəlifə rejiminin zülmləri qarşısında dayanmış və indi də inqilabı davam etdirməkdən başqa bir yol tanımırlar.

http://iqna.ir/fa/news/3690007

captcha