Bu gün İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri keçirilib. İranın bütün şəhərlərində keçirilən bayram tədbiri xalqın izdihamlı yürüşü ilə günortayadək davam edib.
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, bu gün İslam İnqilabının 39-cu ildönümü münasibətilə İranda təntənəli bayram tədbirləri keçirilir.
Paytaxt Tehran şəhərində yerli vaxtla səhər saat 09:00-da yerli və xarici qonaqların iştirakı ilə rəsmi açılış mərasimi keçirilib.






















