IQNA

Quranın Alman və Avropa dillərinə tərcüməsi-11

Yəhudilərin baş ravvini və Quranın Avropada tərcüməsi

8:29 - February 25, 2018
Xəbər sayı: 3482829
Almaniyalı ilahiyyatçı və şərqşünas yəhudilərin baş ravvini Lüdvig Barux Ulman (Ludwig Baruch Ullmann) 1936-cı ildə Krefeld şəhərinin baş xaxamlığı vəzifəsinə təyin edilidi.

Yəhudilərin baş ravvini və Quranın Avropada tərcüməsiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Avropa İslam Araşdırmaları mərkəzinin informasiya kanalına istinadla verdiyi xəbərə görə, Almaniyalı ilahiyyatçı və şərqşünas yəhudilərin baş ravvini Lüdvig Liyon Barux Ulman (Ludwig Baruch Ullmann) 1804-cü ildə anadan olmuşdur.

O, ilk təhsilini Almaniyanın Darmştat və Bingen şəhərlərində baş vurdu. Bundan sonra isə Almaniyanın Bon universitetində Yəhudi İlahiyyatı, Ərəb dili və ədəbiyyatı və şərqşünaslıq üzrə təhsil aldı. Sonda isə Geysen universitetində doktorluq mərhələsini müdafiə etdi.

1936-cı ildə Almaniyanın Krefeld şəhərinin baş xaxamlığı vəzifəsinə təyin edilidi. Və ömrünün sonunadək həmin vəzifədə işlədi.

Almaniyalı ilahiyyatçı və şərqşünas yəhudilərin baş ravvini Lüdvig Liyon Barux Ulman (Ludwig Baruch Ullmann) Krefeld şəhərinin baş xaxamlığı vəzifəsinə başlayan ildən Qurani-Kərimin tərcüməsini də Alman dilində çap və nəşr etdi.

Onun tərcümə etdiyi Quranın adı belə idi: “Məhəmmədin Quranı, Ərəb dilindən tərcümə, sadiqanə və yeni”. (Der Koran. Muòhammad. Aus dem Arabischen wortgetreu neu übersetzt, und mit erläuternden Anmerkungen).

Qeyd edək ki, onun tərcüməsi adının əksinə olaraq çox da dəqiq deyil. Və digər tərcümələr kimi bu tərcümədə də təəssübkeşlik və tərəfkeşlik və həmçinin mənfibaxış tam çılpaqlıqla gözə çarpır.  

Quranın Alman dilinə yeni tərcümələrinin olmasına rəğmən, bu tərcümənin də yeni çapları vardır. Çünki bu tərcümə 1950-ci ildə Leo Vinterin (Winter) təşəbbüsü ilə yenidən çap edilmişdi.

http://iqna.ir/fa/news/3693947

Teqlər: iqna ، quran ، alman dili ، xaxam ، ravvin
captcha