IQNA

Sənanın Xəbərdarlığı: “Linkolun Gəmisinin Regiona Daxil Olmasına İcazə Verməyəcəyik”

8:17 - January 29, 2026
Xəbər sayı: 3499651
İQNA – Sənada hərbi mənbə bildirib ki, Ənsarullah Hərəkatı heç bir ABŞ döyüş gəmisi və təyyarə daşıyan gəmisinin Qırmızı Dəniz və Ərəb Dənizinə yaxınlaşmasına icazə verməyəcək, çünki bu gəmilər Yəmən üçün təhdid hesab olunur.

“İQNA”-nın “Əl-Əxbar” qəzetinə istinadən xəbər verdiyinə görə, ABŞ-nin "Avraam Linkolun" təyyarə daşıyan gəmisinin regiona gəlməsi ilə yəmənlilər ABŞ döyüş gəmilərinin yaxınlaşmasının qarşısını alacaqlarını bildirdilər.

Ənsarullah Hərəkatına yaxın hərbi mütəxəssis, general-mayor Əziz Rəşd dedi ki, Yəmən Dəniz Qüvvələri Qırmızı Dəniz və Ərəb Dənizində düşmənlərin hərəkətlərini diqqətlə izləyir və ABŞ donanmasını yerləşdirmək üçün onların hər hansı cəhdlərini boşa çıxarmaq üçün tədbir görəcək.

O, “Əl-Əxbar”-a dedi ki, yəmənlilər bu ABŞ təyyarə daşıyan gəmisini, hansı ki, Yəmənə qarşı bu ölkənin təcavüzləri çərçivəsində regionda yerləşdirilmişdi, əvvəllər dəfələrlə hədəfə almışdılar.

Rəşd əlavə etdi: “Yəmən Silahlı Qüvvələri Qırmızı Dəniz və Ərəb Dənizində hər hansı hücumu dəf etmək və düşmənin hər hansı hədəfinə zərbə endirmək üçün hərbi hazırlığın zirvəsindədir və bu hazırlıq hər zamankından daha çoxdur.

O, əgər onlar regionda müharibə törətməyə əl atsalar, ABŞ və sionist düşmən üçün hərbi sürprizlərin olacağına işarə edib və əlavə edib ki, Amerika Yəməndən əvvəlki ibrətləri dərk etməyib və bilməlidir ki, İranla ABŞ-sionist düşmən arasında gələcəkdə hər hansı qarşıdurma bütün regioni alovlandıracaq.

4330837

captcha