“İQNA”, “Səbə” saytına istinadən xəbər verir ki, Yəmənin Həccə vilayətində qızlar üçün Quran müsabiqəsinin bir mərhələsi keçirilib.
Həccə vilayətində Qadınların Təhsiil İdarəsi tərəfindən təşkil edilən tələbə qızların Quran müsabiqəsində Əz-Zəhra məktəbi birinci yeri tutub.
Ən-Nəhdə və Zeynəb məktəbləri birgə olaraq ikinci yeri paylaşıblar, Süməyyə məktəbi isə üçüncü yerdə qərarlaşıb.
Müsabiqənin birinci mərhələsinin bağlanış mərasimində, Qadınların Təhsiil İdarəsinin İrşad şöbəsinin müdiri Rəhmə İshaq vurğulayıb ki, bu müsabiqə dördüncü sinif şagirdlərini üçündür ki, onlar Quranla əlaqələrini əzbərləmə və məşq etmə vasitəsilə möhkəmləndirsinlər.
O bildirib ki, yeddi məktəbi əhatə edən bu müsabiqələr şagirdlərin Quranı anlama və oxuma bacarıqlarını dərinləşdirmək məqsədi daşıyır və bildirib ki, bu müsabiqələr ildə bir keçirilən tədbirə çevriləcək və gələcək yay təlimlərinə qatılım, düzgün Quran oxuma əsasında təşviq olunacaq.
4330673