IQNA

Ayətullah İsa Qasım: “Milyonlarla insan İran rəhbərinin fədaisidir”

22:16 - January 28, 2026
Xəbər sayı: 3499645
İQNA – Bəhreyn şiələrinin rəhbəri çıxışında xəbərdarlıq etdi ki, Amerika prezidentinin siyasəti hökmranlıq və maddi gücdən istifadəyə əsaslanaraq dünya sülhü və təhlükəsizliyini ciddi təhdid edir. Qarşılığında isə milyonlarla iranlı İslam Respublikasının rəhbərinə dəstəyi ilə öz ölkəsinin müstəqilliyini və təhlükəsizliyini müdafiə edir.

“İQNA, “Əl-Vəfaq Cəmiyyətin”ə istinadən xəbər verir ki, Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasım bəyanatında vurğuladı ki, dünyanın əhalisinin və hökumətlərinin əksəriyyəti, Amerikaya münasibətlərindən asılı olmayaraq, öz taleyləri və dünyanın gələcəyi ilə bağlı narahatdırlar. Çünki Trampın Amerikasının siyasəti maddi gücə əsaslanır, ağıl, din və əxlaqa riayət etmir və dünya təhlükəsizliyi üçün ciddi təhdid yaradır.

O, Amerikanın siyasətini "dağıdıcı və hökmranlıq məqsədli bir üsul" adlandıraraq əlavə etdi ki, Vaşinqtonun millətləri dəstəkləmək və ölkələrin müstəqilliyinə hörmət etmək iddiaları sadəcə yalandır. İrana qarşı 12 günlük müharibə və daha genişmiqyaslı hücumlarla təhdid kimi təcavüzkar hərəkətlər İran millətinin birbaşa hədəf alındığını göstərir, onların hüquq və mənafelərinə hörmət edilmir.

Ayətullah Qasım davamında İran İslam Respublikasının rəhbəri Ayətullah Seyid Əli Xameneinin elmi, ruhi və siyasi mövqeyini "istisnai və misilsiz" adlandırdı və dedi: "Milyonlarla iranlı, o cümlədən ölkənin böyük kişi və qadınları onun fədaisidirlər."

O əlavə etdi ki, İran rəhbəri dinin, millətin və İslam ümmətinin təhlükəsizliyinin nümayəndəsidir və onun qorunması İslamın və insan hüquqlarının qorunmasına bərabərdir.

O, sonda vurğuladı ki, İmam Xameneinin rolu və rəhbərliyi təkcə İran üçün deyil, həm də dünya təhlükəsizliyi, sülhü və rifahı üçün həyati əhəmiyyət kəsb edir.

4330703

captcha