IQNA

Nücəba hərəkatının üst dərəcəli üzvü:

Müqavimət oxu ilə əməkdaşlıq Amerikanın xəyanətinə ən yaxşı cavabdır

20:31 - January 26, 2026
Xəbər sayı: 3499631
İQNA – Nücəba hərəkatının üst dərəcəli üzvü Suriyadakı kürdlərə qarşı Amerikanın xəyanətini qeyd edərək vurğuladı: “Ağır şəraitdə sizi tək qoymayanların yanına gəlin”.

“İQNA”, “Nücəba” Hərəkatının Məlumat Portalına istinadən xəbər verir ki, Nücəba Hərəkatının İcra Şurasının rəhbəri Şeyx Nazim əs-Səidi çıxışında dedi: “Amerika Suriyada baş verənlərin tam məsuliyyətini daşıyır və bu həqiqət media və ictimai rəy səviyyəsində irəli sürülməlidir.

O, əlavə edib ki, kürdlərin Amerikanın xəyanətinə ən yaxşı cavabı, Müqavimət oxu ilə təhlükəsizlik əməkdaşlığı yaratmaq və onlara xəyanət etməyən, onlara yardım etməkdən əl çəkməyən, əksinə, ən çətin şəraitdə onların yanında olan və İŞİD tərəfindən mühasirəyə alındıqları, qərbli müttəfiqlərin onları tərk etdiyi zaman onlara sadiq qalaraq müdafiə edənlərlə birləşməkdir.

Nücəba Hərəkatının İcra Şurasının rəhbəri qeyd edib ki, bölgəni və İraqın milli təhlükəsizliyini birbaşa təhdid edən nəticələrə baxmayaraq, İraq hökuməti hələ də bu təhdidlərə uyğun diqqətəlayiq mövqe qəbul etməyib.

4330344

Teqlər: nücəba ، amerika ، kürd ، müqavimət ، xəyanət
captcha