
“İQNA”-nın İranın Livan Mədəniyyət Məsləhətçiliyindən verdiyi məlumata görə, İranın Beyrut Mədəniyyət Məsləhətçiliyinin təşəbbüsü, Livandakı Quran Kərim Cəmiyyəti ilə əməkdaşlığı və Mübarək Ramazan ayının ərəfəsində "Sadiq əl-Əmin; Fi Rəhabi Şəhrillah" adlı beynəlxalq Quran müsabiqəsi Beyrutda keçiriləcək.
Bu müsabiqə Quranı tam əzbərləmə (hifz) və təhqiq qiraəti olmaqla iki kateqoriyada, 18-40 yaş arası kişilər üçün nəzərdə tutulub.
Yarış virtual (müqəddimə mərhələsi) və əyani şəkildə (yarımfinal və final) olmaqla iki mərhələdə keçiriləcək. Müsabiqədə iştirak üçün qeydiyyat maraqlananlar üçün 23 yanvar tarixində açılır və 1 fevrala qədər davam edəcək.
Həmçinin iştirakçı öz ölkəsinin vətəndaşı olmalı və müsabiqənin xüsusi qaydalarına və qanunlarına riayət etməlidir.
4330497