IQNA

Hindistanda Qurani-Kərim və Elm üzrə Beynəlxalq Konfrans keçirilir

11:07 - January 28, 2026
Xəbər sayı: 3499642
İQNA – Üçüncü Beynəlxalq Qurani-Kərim və Elm Konfransı, 28 yanvar tarixində Hindistanın Yeni Dehli şəhərindəki Dehli Universitetində keçirilir.

“İQNA”, Hindistandan xəbər verir ki, Üçüncü Beynəlxalq Qurani-Kərim və Elm Konfransı Şəhid Beheşti Universiteti və Vilayət Fondu ilə əməkdaşlıqda Hindistanın Yeni Dehli Universitetində təşkil edilir.

Konfransda elan edilmiş mövzular arasında Qurani-Kərim və təbiət elmləri, Qurani-Kərim və humanitar elmlər, Qurani-Kərim və sosial elmlər, Qurani-Kərim və tibb elmləri və səhiyyə, Qurani-Kərim və mühəndislik elmləri və texnologiya, həmçinin Qurani-Kərim və elmdə tədqiqatların əsasları yer alır.

Konfransın xüsusi mövzuları isə Qurani-Kərim və ailə, Qurani-Kərim və elm təhsili kimi elan edilmişdir.

Konfrans Yeni Dehlidəki İslam Milli Universitetində (Jamia Millia Islamia) keçiriləcək. Maraqlananlar ətraflı məlumat üçün konfrans veb-səhifəsinə www.icqs.world ünvanından daxil ola bilərlər.

 

کنفرانس بین‌المللی قرآن و علم فردا در هند برگزار می‌شود

4330682

captcha