IQNA

Beyrutda müharibəli günlər yaşamış suriyalı uşaqların arzuları sərgisi

9:30 - February 25, 2018
Xəbər sayı: 3482830
Livanın paytaxtı Beyrut şəhəri bu günlərdə “Hənin” adlı sərgiyə evsahibliyi edir. Bu sərgidə Suriyada qanlı-qadalı müharibə görmüş uşaqların rəsm əsərləri və şerləri nümayiş olunur.

Beyrutda müharibəli günlər yaşamış suriyalı uşaqların arzuları sərgisiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Livanın paytaxtı Beyrut şəhəri bu günlərdə “Hənin” adlı sərgiyə evsahibliyi edir.

Bu sərgidə Suriyada qanlı-qadalı müharibə görmüş mühacir uşaqların rəsm əsərləri və şerləri nümayiş olunur. Suriyalı qaçqın uşaqlar bu əsərlərdə döyüş və müharibə vaxtı etdikləri arzuları təsvir ediblər.

Sərgidə nümayiş olunan digər əsərlər isə Livanlı incəsənət əhlinin suriyalı qaçqın uşaqlarının şerləri və ürək sözləri əsasında yaratdıqları rəsm əsərləridir.  

Sərginin keçirilməsinin hədəfi milyonlarla suriyalı uşağın müharibə şəraitində aldığı cismi, fikri və psixi zərbələr və onların uzunmüddətli problemləri barədə cəmiyyətə agahlıq verməkdir.

Yeddi il bundan öncə Suriyada daxili müharibə Qərbin və bəzi qonşu dövlətlərin terrorçuları dəstəyi ilə başlayıb. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının hesabatına görə, 1.2 milyon suriyalı qaçqın Livanda yaşayır. Amma Livan dövləti bu ölkədə yaşayan suriyalı qaçqınların sayını 1.5 milyondan çox olduğunu deyir.

http://iqna.ir/fa/news/3693967

Teqlər: iqna ، suriya ، livan ، sərgi
captcha