IQNA

Peyğəmbərin səhabəsi Əbu Əyyub Ənsari;

Türkiyədə ziyarət və təvəssül – VİDEO

7:45 - February 27, 2018
Xəbər sayı: 3482838
Əziz İslam Peyğəmbərinin (s) ən yaxşı və vəfalı səhabələrindən olan Əbu Əyyub Ənsarinin məqbərəsi Türkiyənin İstambul şəhərində dünyanın hər yerindən buraya gələn müsəlmanların ziyarət məkanıdır.

Türkiyədə ziyarət və təvəssül – VİDEOİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “Fotros Media” teleqram kanalına istinadla verdiyi xəbərə görə, Əziz İslam Peyğəmbəri Həzrət Məhəmməd Mustafanın (s) ən sevimli, yaxşı və vəfalı səhabələrindən və İmam Əlinin (ə) vəfalı şiələrindən olan Əbu Əyyub Ənsarinin adına Türkiyənin İstambul şəhərində ucaldılan məqbərə dünyanın hər yerindən buraya gələn müsəlmanların ziyarət məkanıdır. Bütün Osmanlı imperatorları bu məkanda tacqoyma mərasimi keçirirlərmiş.

Əbu Əyyub Ənsari adı ilə məşhurlaşan səhabənin əsl adı Xalid ibn Zeyd ibn Küleyb ibn Nəccardır. O, hicrətin 52-ci ilində (672 milad) vəfat etmişdir.

Əbu Əyyub Ənsari “səqifə”yə* müxalif olub və “Ğədir”i müdafiə edib. Bütün əhli-sünnə onun böyük səhabələrdən biri sayır və qəbirini sevə-sevə zyarət edirlər. Halbuki ağlını pulun badına vermiş radikal və terrorist sələfi-vəhabilər ziyarət və təvəssülü haram hesab edirlər.  

Qeyd edək ki, Əbu Əyyub Ənsari adı ilə məşhurlaşan Xalid ibn Zeyd ibn Küleyb ibn Nəccar ikinci “əqəbə beyəti”ndə İslamı qəbul edib. Peyğəmbər (s) Mədinəyə gələndə ilk dəfə onun evində bir müddət sakin olmuşdur. O, həm Peyğəmbər və həm də İmam Əli (ə) zamanında döyüşlərdə iştirak etmişdir.

Əbu Əyyub Ənsari üçüncü xəlifə Osmanın qətlindən sonra İmam Əliyə (ə) beyət edən ilk şəxslərdən oldu. İmam Əli (ə) tərəfindən Mədinənin hakimi işləmişdir.

Əhli-Sünnənin rical, hədis və tarix alimləri onu etibarlı, düzdanışan (siqə) və mötəbər səhablərdən bir hesan edirlər. Şiənin rical və hədis alimləri isə onu təkcə mədh ediblər.  

*SƏQİFƏ: Hicrətin 11-ci ilində, Peyğəmbərin (s) vəfatında sonra və dəfnindən öncə Bəni Saidə səqifəsində bir neçə müsəlman Ömər ibn Xəttabın (ikinci xəlifə) öncədən işlənmiş proqramı əsasında toplaşdılar və Əbu Bəkr ibn Əbi Qühafəni xəlifə elan etdilər.

VİDEO izlə və endir

http://iqna.ir/fa/news/3694714

 

captcha