IQNA

Qahirənin “İslami irs” toplantısında iyirmi ölkə iştirak edəcək

23:34 - March 05, 2018
Xəbər sayı: 3482861
Cari həftənin üçüncü günü Misirin paytaxtı Qahirədə “İslami irsin oxunuşu anlayış meyarları, qaydları və illizuya yanlışlıqları arasında” adlı beynəlxalq konfrans keçiriləcəkdir.

Qahirənin “İslami irs” toplantısında iyirmi ölkə iştirak edəcəkİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “səda əl-bələd” informasiya portalına istinadla verdiyi xəbərə görə, cari həftənin üçüncü günü, 7 Mart 2018-ci il, Misirin paytaxtı Qahirədə iyirmi ölkənin iştirak etdiyi “İslami irsin oxunuşu anlayış meyarları, qaydları və illizuya yanlışlıqları arasında” adlı beynəlxalq konfrans keçiriləcəkdir.

Əbdül-Fəttah Əvari - əl-Əzhər universitetinin təbliğ və din üsulları müəssisəsininin rəisi, bu toplantı barədə dedi: Bu konfrnasın əsas hədəfi İslami irsin mətnlərinin oxunuşunda sağlam qaydaların tanınması və düzgün anlayış ilə illizüyalar arasında fərqlənmə meyarlarının tanınmasıdır.

Bu toplantıda dünyanın müxtəlif ölkələrindən, o cümlədən İraq, Küveyt, İndoneziya, Mərakeş, əl-Cəzayir, Hindistan, Danimarka, BƏƏ və Livandan alimlər iştirak edəcəklər.

Misirin paytaxtı Qahirədə keçiriləcək “İslami irsin oxunuşu anlayış meyarları, qaydları və illizuya yanlışlıqları arasında” adlı beynəlxalq konfrans Əl-Əzhərin evsahibliyi ilə iki gün müddətində keçicirləcəkdir.

Konfransda “islami irs məfhumu və bu barədə məlumat”, “mətni miras və onun vəhy ilə rabitəsi”, “İslami irs və modernizm”, “kəlam alimlərinin mirası”, “fiqhi irsimiz və alimlərinin bu barədə rəyləri” və “islami irsin dərk edilməsi üçün elmi çalışmalar” kimi mövzular müzakirə ediləcəkdir.

http://iqna.ir/fa/news/3697031

Teqlər: iqna ، islami irs ، misr ، qahirə
captcha