İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) “miamiherald.com” xəbər portalına istinadla verdiyi xəbərə görə, Amerikanın beynəlxalq Florida universiteti İslam dünyası barədə araşdırmalara mərkəzi təsis etmək fikrindədir.
Bu mərkəz iki müsəlman xeyriyyəçinin, Möhsin Cəfər və Fövziyə Cəfərin, maddi dəstəyi ilə təsis ediləcəkdir.
Xeyriyyəçilər bu mərkəzin təsis edilməsi üçün 2 milyon dollar məbləğində nağd vəsait hədiyyə ediblər.
Folirda da ilk dəfə yaradılacaq İslam Araşdırmaları Mərkəzinin təsis edilməsinin əsas hədəfi qərb cəmiyyətlərinin müsəlmanlar və İslam barədə məlumat səviyyəsini yüksəltmək, dinlərarası danışıqlar və müsəlmanların pərakəndə yaşaması, irqi kimliyi və müsəlmanların təhlükəsizlik məsələlələri barədə araşdırmaların aparılmasıdır.
Florida universitetinin rəisi Mark B. Rosenberg bu barədə deyib: Bu mərkəz müsəlmanlar tarix və mədəniyyətinin tanınmasına kömək edəcək və dinlərarası dialoqların səviyyəsini artıracaq.