IQNA

Türkiyədə “Quranın Rusiya ədəbiyyatında təsiri” mövzusunda elmi seminar keçirildi

13:42 - March 09, 2018
Xəbər sayı: 3482877
Türkiyənin İrcis universitetində keçirilən elmi seminarda Qurani-Kərimin Rusiya ədəbiyyatında qoyduğu təsir araşdırıldı.

Türkiyədə “Quranın Rusiya ədəbiyyatında təsiri” mövzusunda elmi seminar keçirildiİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Türkiyənin İrcis universitetinin rəsmi informasiya portalına istinadla verdiyi xəbərə görə, Türkiyənin İrcis universitetində keçirilən elmi seminarda Qurani-Kərimin Rusiya ədəbiyyatında qoyduğu təsir araşdırıldı.

Qurani-Kərimin Rusiya xalq ədəbiyyatında qoyduğu təsir adlı seminar həftənin üçüncü günü, 7 Mart 2018-ci il tarixində keçirildi.

Bu seminarda Rusiya, Türkiyə və Azərbaycan respublikasının dil və ədəbiyyat alimləri və müəllimləri iştirak edib.

Seminarda Asif Hacıyev (Bakı Slavyan Universitetinin rəisi) çıxış edərək İslami kitabların Rus dilinə tərcüməsindən və Qurani- Kərimin rus ədəbiyyatıdakı təsirinin çalarlarından danışıb.

Xatırladaq ki, cari ilin Fevral ayında Qahirənin 49-cu beynəlxalq kitab sərgisinin haşiyəsində də Qurani-Kərimin Rus ədəbiyyatında təsiri adlı toplantı keçirilmişdi.

http://iqna.ir/fa/news/3698052

Teqlər: iqna ، İslam ، rusiya ، ədəbiyyat ، qurani kərim ، slavyan ، bakı
captcha