IQNA

İngiltərə: Səfirliyimizi Qüdsə köçürməyəcəyik

6:51 - March 11, 2018
Xəbər sayı: 3482888
İngiltərənin QÜDS şəhərindəki konsulunun müavini vurğulayıb ki, ölkəsi heç vaxt səfirliyi Qüds şəhərinə köçürməyəcəkdir.

İngiltərə: Səfirliyimizi Qüdsə köçürməyəcəyikİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) FƏLƏSTİN informasiya mərkəzinin internet portalına istinadla verdiyi xəbərə görə, İngiltərənin QÜDS şəhərindəki konsulunun müavini vurğulayıb ki, ölkəsi heç vaxt səfirliyi Qüds şəhərinə köçürməyəcəkdir.

İngiltərənin Qüds şəhərindəki konsulunun müavini Ceymiz Davinz bu barədə dedi: İngiltərə dövlətinin Fələstin ərazilərinin işğalına son qoyulması barədə mövqeyi dəyişilməzdir və biz iki dövlətin təşkil edilməsi və qurulmasının tərəfdarıyıq.

O vurğuladı: Sionist rejiminin Qəzzanın şərq sahillərində və Qüdsdə şəhərsalma siyasəti qanunsuzdur.

Xatırladırıq ki, bundan öncə də ABŞ prezidenti Donald Tramp səfirliyinin Tel-Əvivdən Qüdsə köçürülməsini rəsmiləşdirilməsi barədə fikir səsləndirəndə İngiltərənin baş naziri Terza Mi demişdi ki, biz Trampın bu qərarı ilə razı deyilik, çünki bu məsələ Fələstində sülhün bərqərar olmasına kömək etməyəcəkdir.

http://iqna.ir/fa/news/3698419  

Teqlər: iqna ، qüds ، ingilis ، abş ، fələstin
captcha