IQNA

Misrdə “Ümumdünya Quran Xidmətçiləri Şurası” yaradıldı

23:55 - March 26, 2018
Xəbər sayı: 3482953
Misrin tanınmış Qurani şəxsiyyətləri və aktivistlərin iştirakı ilə “Ümumdünya Quran Xidmətçiləri Şurası” yaradıldı.

Misrdə “Ümumdünya Quran Xidmətçiləri Şurası” yaradıldıİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin tanınmış Qurani şəxsiyyətləri və aktivistlərin iştirakı ilə “Ümumdünya Quran Xidmətçiləri Şurası” yaradıldı.
“əl-Yəvm əs-Sabe” xəbər agentliyinin yayımladığı xəbərə görə, bu barədə Misrin İslami İşlər və Vəqflər naziri Məhəmməd Muxtar Cümə məlumat verib.
Misrin İslami İşlər və Vəqflər naziri Məhəmməd Muxtar Cümə deyib ki, bu şura Misrdən və xarici ölkələrdən olan bütün beynəlxalq Quran yarışlarının təşkilatçıları və hakimlərinin iştirakı ilə təşkil edilib.
O həmçinin vurğulayıb ki, bu şuranın yaradılması barədə layihənin təfərrüatı Misrin beynəlxalq Quran yarışlarından sonra açıqlanacaqdır.
Qeyd edək ki, Misrin beynəlxalq Quran yarışları keçən həftənin şənbə günü, 24 Mart 2018-ci il, dünyanın 50 ölkəsinin iştirakı ilə başlayıb.  
http://iqna.ir/fa/news/3701903

captcha