İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İran İslam Respublikasının İslami Əlaqələr və Təbliğat Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, İİR-nın Gürcüstandakı Mədəniyyət Əlaqələri İdarəsinin rəisi Həmid Müstəfəvi öz keçmiş həmkarı Müctəba Kamranfərd ilə birlikdə Gürcüstanın Müsəlmanların İşi Üzrə İdarəsinin rəisi Şeyx Ramin İgidovun və Gürcüstanın Şərq regionlarının müftisi Yasin Əliyevin görüşündə olub və bu ölkənin dini durumu barədə dialoq ediblər.
Gürcüstanın Müsəlmanların İşi Üzrə İdarəsinin rəisi Şeyx Ramin İgidov iki dost ölkə arasında hərtərəfli əlaqələrin genişlənməkdə olmasına işarə edərək deyib ki, bu füsrətdə istifadə edərək müştərək dini, mədəni və elmi sahələrdə də əlaqələrin genişləndirilməsi və müştərək fəaliyyətləri gücləndirmək zəruridir.
Gürcüstanın Şeyxul-İslamı bu ölkədə dini mərasimlər, dini ayinlər, dini və elmi toplantılar, dini-elmi yarışlar, məscid və mədrəsələrinin təsisi və təmiri, hüseyniyyələrin idarəsi, İslam maarifinin açıqlanması və Quran evlərinin yaradılması, Quranın Azəri və Gürcü dilinə tərcüməsi və Quran təlimləri sahəsində görülən işlərdən danışaraq dedi: Hazırda bu ölkədə 320 məscid vardır ki, bunun 260-ı əhli-sünnənin və 60-ı şiələrindir. Müsəlmanlar yaşayan 18 kənd və qəsəbədə isə məscid və hüseyniyyə yoxdur.
Ramin İgidov əlavə edib: Keçən dörd il ərzində 103 məscid təmir edilib və 42 məscid də gələn illərdə təmir ediləcəkdir. Həmçinin 58 dini kitab Azəri və Gürcü dillərinə tərcümə edilib.
Gürcüstanın Müsəlmanların İşi Üzrə İdarəsinin rəisi Şeyx Ramin İgidov idarəsinin gələcəkdəki planlarından danışaraq dedi: Fəaliyyətlərimizin davamında dini kitabların, o cümlədən “əl-mizan” təfsiri, “Nəhcül-Bəlağə”, Məfatihul-Cinan, Mərsiyə, İslam Tarixi (Cəfər Sübhani), Quran və s… tərcümə edilməsi planda vardır.
http://iqna.ir/fa/news/3702259/