İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fransa müsəlmnalarının illik toplantısı “Quran vadisində” adı ilə dünən, həftənin Cümə günü, 30 Mart 2018-ci il, Fransanın paytaxtı Paris şəhərində keçirilir.
Dörd gün davam edəcək bu illik iclasda müxtəlif dinlərin davamçılarının sülh şəraitində, tolerant və dostcasına yaşaması mövzusu müzakirə edilir.
İclasın adı “Quran vadisində” olduğu üçün toplantıda telorantlıq və başqa dinlərlə dost şəraitdə yaşamaq məsələsi Qurani-Kərim baxışından araşdırılacaq və “Fransa İslamı” və “Respublika İslamı” kimi mövzular müzakirə ediləcəkdir.
Müxtəlif Avropa ölkələrindən qonaqların iştirak etdiyi bu iclasın haşiyəsində İslami geyim və dini kitablar sərgisi də keçirilir.