IQNA

Misirli uşaq Quranı iki dilə tərcümə ilə əzbərləyib

15:59 - April 02, 2018
Xəbər sayı: 3482973
Misrdə görmə qüsuru olan misirli azyaşlı uşaq bütün Qurani-Kərimi iki dilə tərcümə ilə əzbərlədi. Ona bu işdə atası və Fransız və İngilis dilini bilən iki müəllimi də kömək edib.

Misirli uşaq Quranı iki dilə tərcümə ilə əzbərləyibİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, görmə qüsuru olan misirli azyaşlı uşaq bütün Qurani-Kərimi iki dilə tərcümə ilə əzbərlədi.

Misrin “əl-Vətən” elektron qəzetinin yazdığı məlumatda deyilir ki, bu azyaşlı və görmə qüsuru olan Quran hafizi Qurani-Kərimin bütün ayələrinin İngilis və Fransız dillərinə tərcüməsini də əzbərdən bilir.

Adbullah Ammar Məhəmməd Seyyid adlı bu azyaşlı hafiz Qurani-Kərimin bütün ayələrinin sayını və hansı səhifədə yerləşdiyini də hifz edib.  Ona bu işdə atası və Fransız və İngilis dilini bilən iki müəllimi də kömək edib.

O, keçən həftə Misrdə başa çatan 25-ci beynəlxalq Quran yarışlarında Misrin Vəfqlər Naziri Məhəmməd Muxtar Cümə tərəfindən təqdirəlayiq görülüb.

Qeyd edək ki, bu uşağın bütün təhsil xərclərini iki il öncə əl-Əzhərin şeyxi Əhməd Təyyib ödəmişdi.    

http://iqna.ir/fa/news/3702522/

captcha