IQNA

Müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə təfsir yazılacaq

13:59 - April 03, 2018
Xəbər sayı: 3482980
Türkiyədə müxtəlif elmi sahələrin mütəxəssislərinin iştirakı ilə Qurani-Kərimə kamil elmi təfsir yazılacaqdır.

Müxtəlif sahələrin mütəxəssislərinin iştirakı ilə təfsir yazılacaqİQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyədə müxtəlif elmi sahələrin mütəxəssislərinin iştirakı ilə Qurani-Kərimə kamil elmi təfsir yazılacaqdır.

Türkiyənin Dini İşlər Təşkilatının (Diyanət Bakanlığı) bu barədə xəbər verərək elan edib ki, bu təfsirin yazılmasında müxtəlif elmi sahələrin mütəxəssisləri, o cümlədən həkimlər, mühəndislər, astronomlar, fiziklər və s… elmi sahələrin nümayəndələri iştirak edəcəklər.

Bu barədə dünən, həftənin birinci günü, 2 Aprel 2018-ci il, Türkiyə Dini İşlər Təşkilatının rəisi Əli Ərbaş İstambulun “Mərmərə universiteti”nin “İlahiyyat institutu”nda çıxış edərkən xəbər verib.

O, sözünün izahında deyib: Ulduzlar və səma barədə danışan ayələrin təfsirində astronomiya elminin mütəxəssisləri və “Möminun” surəsində ana bətnindəki dölün inkişaf mərhələsindən danışan ayələrin təfsirində isə tibb alimləri və həkimlər ilə məşvətər olunacaqdır.

Ərbaş əlavə edib: İslam dini bütün dünyada cahillik və nadanlığı məhv etmək üçün yer üzünə nazil olub. Buna görə də bəzi elmi ayələri, o cümlədən ulduzlar və səma barəsində danışan ayələri başa düşmək üçün insanlar gərək həmin mövzuda olan elmi məqalələri də oxusunlar.  

O vurğuladı: Elm və bilik mədəniyyətin söykənəcəyidir. Elm və biliyin bünövrəsi isə oxumaq və yazmaqdır.    

http://iqna.ir/fa/news/3702701

captcha